Bank Of Baku

Macarıstanın Ali Məhkəməsi NATO radarının tikintisini dayandırıb

Macarıstanın Ali Məhkəməsi NATO radarının tikintisini dayandırıb
# 25 yanvar 2010 21:24 (UTC +04:00)
Bakı-APA. Macarıstanın Ali Məhkəməsi ölkənin cənub-qərbində yerləşən Peç şəhərində NATO-nun radarının tikintisinə verilmiş icazənin qüvvədən düşməsi barədə qərar qəbul edib.

APA-nın lenta.ru-ya istinadən verdiyi məlumata görə ölkənin Ali məhkəməsi ölkə əhalisinin və ictimai təşkilatlarını tikintinin ölkənin ekologiyasına zərbə vuracağı barədə bəyanatlarını haqlı olduğunu qəbul edib

Peç şəhəri meriyasının mətbuat xidmətindən verilən məlumata görə, məhkəmə bu barədə yanvarın 20-də qərar qəbul edib.

Qeyd edək ki, ilkin olaraq NATO-nun raket hücumundan müdafiə sisteminə Aid olan radarın Tubeş şəhəri yaxınlığındakı Zenqo dağı üzərində tikintisi nəzərdə tutulurdu. Lakin, əhalinin etiraz etdiyi üçün tikintinin yeri dəyişdirilib.

Xatırladaq ki, Macarıstan 1999-cu ildən NATO-nun üzvüdür: bu ölkə quruma Polşa və Çexiya ilə eyni vaxtda daxil olub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR