Bank Of Baku

Havanın kəskin soyuması üzündən Rumıniyada fövqəladə vəziyyət elan olunub

Havanın kəskin soyuması üzündən Rumıniyada fövqəladə vəziyyət elan olunub
# 26 yanvar 2010 02:52 (UTC +04:00)
Bakı-APA. Rumıniya hökuməti havanın kəskin soyuması üzündən ölkə ərazisində fövqəladə vəziyyət elan edib. APA-nın vesti.ru saytına istinadən verdiyi məlumata görə, ötən gün ölkənin bəzi rayonlarında havanın temperaturu -32-34 dərəcəyə qədər aşağı düşüb.

Rumıniyanın İqtisadiyyat Nazirliyi bəzi müəssisələrə təbii qazın verilişinin dayandırılması və bir sıra istehsal müəssisələrinin alternativ enerji mənbələrinə keçməsini elan edib.

Rumıniya KİV-lərinin məlumatlarına görə, kəskin şaxtalar üzündən ölkədə artıq 22 nəfər dünyasını dəyişib ki, bunlar da əsasən evsiz insanlardır. Ölkənin qara dəniz sahillərindəki şimal bölgələrində vəziyyət güclü küləyin təsiri ilə daha da kəskindir.

Bəzi yerli özünüidarəetmə orqanları məktəblərdə dərslərin dayandıraraq əhaliyə zərurət olmadan evlərdən bayıra çıxmamağı tövsiyə ediblər.

Meteoroloqlar ölkə ərazisində kəskin hava şəraitinin hələ iki sutka ərzində davam edəcəyini proqnozlaşdırırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR