Bank Of Baku

Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir

Almaniya BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmaq istəyir
# 26 yanvar 2010 23:55 (UTC +04:00)
Bakı-APA. Almaniyanın Birləşmiş Millətlər Təşkilatındakı daimi nümayəndəsi Peter Vittiqin fikrincə, onun ölkəsi yalnız BMT-yə ən çox vəsait ödəyən üçüncü ölkə və Avropanın ən böyük ölkəsi olmasına görə yox, eyni zamanda yürütdüyü siyasət baxımından BMT Təhlükəsizlik Şurasının daimi üzvü olmalıdır.

APA-nın məlumatına görə, Vittiq Almaniyanın bu hədəfə doğru sonadək gedəcəyini vurğulayıb. «Bu bizim üçün uzun müddətli bir hədəfdir», deyə Vittiq bildirib.

Onun sözlərinə görə, Berlinin ilk hədəfi oktyabr ayında keçiriləcək seçkilərdə daimi olmayan üzv olmaq və bu mövqedə özünü BMT-nin bacarıqlı tərəfdaşı kimi göstərməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR