Bank Of Baku

Ukrayna Aİ ölkələri ilə viza rejimini ləğv etmək niyyətindədir

Ukrayna Aİ ölkələri ilə viza rejimini ləğv etmək niyyətindədir
# 27 yanvar 2010 02:33 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Ukrayna Avropa İttifaqına daxil olan ölkələrlə viza rejimini ləğv etmək istəyir.

APA-nın RİA Novosti-yə istinadən verdiyi məlumata görə, Ukrayna xarici işlər naziri Petro Poroşenko Ukraynanın tezliklə Aİ ölkələri ilə viza rejiminə son qoyacağını bildirib.

«Ukrayna üçün viza məsələsi çox ağrılı mövzudur. Birincisi, ona görə ki, Ukrayna demokratik bir ölkədir, ikincisi isə beş ildir ki, Avropa vətəndaşları üçün vizamız yoxdur. Üçüncüsü isə, Ukraynanın qonşu ölkələrlə açıq viza rejimi fəaliyyət göstərir», deyə Poroşenko Amerika Ticarət Palatasının Ukraynadakı nümayəndəsi ilə keçirdiyi görüşdə bildirib.

Poroşenko deyib ki, Ukrayna hökuməti viza ilə bağlı qanunlarında bəzi dəyişikliklər etməlidir.

«Əgər biz qısa müddət ərzində bunlara nail ola bilsək, Aİ ölkələri ilə də açıq viza rejimimiz olacaq», deyə o vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR