Bank Of Baku

ATƏT “üçlüyü” və Avropa İttifaqı “üçlüyü”nün görüşü keçirilib

ATƏT “üçlüyü” və Avropa İttifaqı “üçlüyü”nün görüşü keçirilib
# 27 yanvar 2010 08:08 (UTC +04:00)
Bakı. Laçın Sultanova-APA. Brüsseldə ATƏT “üçlüyü” və Avropa İttifaqı (Aİ) “üçlüyü”nün görüşü keçirilib. APA-nın məlumatına görə, görüşdə ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi – xarici işlər naziri Kanat Saudabayev, Aİ-nin prezidenti Herman Van Rompey, Aİ-nin xarici işlər və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Ketrin Eşton, Aİ-ə sədrlik edən İspaniyanın xarici işlər naziri Migel Anxel Moratinos, Belçikanın baş nazirinin müavini – xarici işlər naziri Steven Vanakere, Avropa Parlamentinin sədri Eji Buzek iştirak ediblər. Görüşdə Qazaxıstanın Aİ ilə əməkdaşlıq məsələləri, Qazaxıstanın ATƏT-ə sədrliyinin prioritetləri, regional təhlükəsizlik problemləri, siyasi, iqtisadi, ekologiya və humanitar sferada əməkdaşlıq məsələləri müzakirə olunub. Görüşdə regional təhlükəsizlik, o cümlədən Əfqanıstan problemləri, “dondurulmuş münaqişələr”in dinc yolla həllinin axtarışı, Korfu prosesi”nin irəliləməsi və Avropanın gələcək arxitekturasının təhlükəsizliyi sahəsində iki təşkilat arasında işin səmərəli əlaqələndirilməsi məsələsi müzakirə olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR