Bank Of Baku

London toplantısında Əfqanıstandakı müharibəni bu il həll etməyə cəhd olunacaq

London toplantısında Əfqanıstandakı müharibəni bu il həll etməyə cəhd olunacaq
# 28 yanvar 2010 02:21 (UTC +04:00)
Bakı – APA. 60-dan artıq ölkənin nazirləri yanvarın 28 Londonda görüşərək, Əfqansıtanda müharibəyə son qoymaq üçün vahid strategiya işləyib hazırlamağa çalışacaqlar.

APA-nın Reuters agentliyinə istinadən verdiyi məlumata görə, London konfransında Taliban döyüşçülərinə pul və iş yerləri təklif etməklə «qalib gəlmək» cəhdi olunacaq.

Taliban döyüşçülərini əks tərəfə cəlb etmək üçün BMT-nin qara siyahısına da yenidən baxılacaq. Bu, müharibənin 9-cu ili ərəfəsində əlavə 30.000 hərbiçinin bu ölkəyə göndərilməsi pat vəziyyətində olan müharibədə dönüş yaratmaq cəhdidir.

“Bu ilin sonunda biz üfüqün sonunda işıq görəcəyik ”, - deyə NATO hərbi komandanı Admiral Giampaolo Di Paola yanvarın 27 Şimali Atlantika Blokunun Brüssel iclasından sonra bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR