Bank Of Baku

NATO-nun baş katibi Rasmussen: “Gürcüstan hərbi alyansa üzv qəbul olunacaq”

NATO-nun baş katibi Rasmussen: “Gürcüstan hərbi alyansa üzv qəbul olunacaq”
# 28 yanvar 2010 12:21 (UTC +04:00)
Brüssel-APA. “NATO-nun 2007-ci ildə keçirilən Buxarest sammitində verilən vədlər yerinə yetiriləcək və Gürcüstan bu hərbi alyansın üzvü olacaq”. APA-nın “İnterfaks”a istinadən yaydığı məlumata görə, Gürcüstan parlamentinin sədri David Bakradze ilə görüşdən sonra bu bəyanatla NATO-nun baş katibi Anders Foq Rasmussen çıxış edib. Gürcüstan parlamentinin mətbuat xidmətinin yaydığı məlumata görə, tərəflər təhlükəsizlik məsələləri və Gürcüstan ərazisində Rusiya hərbi kontingentinin olmasının doğurduğu risklər barədə müzakirələr aparıblar: “Alyansın baş katibi birmənalı şəkildə bildirib ki, Rusiya atəşi dayandırmaq və öz qoşunlarını Gürcüstan ərazisindən çıxarmaq barədə şərtlərə əməl etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR