Bank Of Baku

Milibənd: 3 il içində Əfqanıstan torpaqlarının yarısına nəzarəti əfqan silahlı qüvvələrinə verəcəyik

Milibənd: 3 il içində Əfqanıstan torpaqlarının yarısına nəzarəti əfqan silahlı qüvvələrinə  verəcəyik
# 28 yanvar 2010 19:53 (UTC +04:00)
Bakı-APA. Londonda keçirilən Əfqanıstan konfransı İngiltərə xarici işlər naziri Devid Milibəndin mətbuat konfransıyla bitib.

APA-nın məlumatına görə, Devid Milibənd 2011-ci ildə əfqan silahlı qüvvələrinin gücünü əhəmiyyətli dərəcədə artıracaqlarını bildirib. İngilis nazir əfqan silahlı qüvvələrinin sayını 300 min nəfərə çatdırmaq istədiklərini qeyd edib.

Miliband həmçinin qarşıdakı 3 ildə koalisiya qüvvələrinin Əfqanıstan torpaqlarının yarısına nəzarəti əfqan silahlı qüvvələrinə verməyi də nəzərdə tutduqlarını açıqlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR