Bank Of Baku

Britaniya Universiteti iqlim dəyişikliyi haqda məlumatları gizlədib

Britaniya Universiteti iqlim dəyişikliyi haqda məlumatları gizlədib
# 29 yanvar 2010 01:43 (UTC +04:00)
Bakı. Ziya Ağazadə - APA. Böyük Britaniyanın Şərqi İngiltərə Universitetinin bir qrup əməkdaşları informasiya azadlığı haqqında qanunu pozaraq, iqlim dəyişikliyi ilə bağlı ən son hesabat və məlumatları əks etdirən e-mail məktublarını gizlədiblərmiş. APA-nın “Associated Press”ə istinadən verdiyi məlumata görə, bu barədə Britaniya Məlumatların saxlanmasına nəzarət üzrə komissiyadan məlumat veriblər.

Məlumatda deyilir ki, dünyanın aparıcı alimlərinin iqlim dəyişikliyi ilə bağlı ən son hesablamaları və nəticələrini əks etdirən bir çox e-mail məktublar Şərqi İngiltərə universitetinin iqlimlə məşğul olan şöbəsi tərəfindən oğurlanıb və ictimaiyyətə açıqlanmayıb.

Komissiyadan bildiriblər ki, əvvəllər də 2007-ci ildən təqaüdə çıxmış alim Devid Hollanddan bu universitetlə bağlı oxşar şikayətlər alınıbmış. İndi məlum olub ki, alimin məlumat almaq haqqında hüquqları pozularaq ona bu haqda məlumat verilməyib.
Bu məlumatlar yalnız BMT-nin dekabr ayında baş tutan Kopenhagen görüşü qabağı ictimaiyyətə çatdırılıb və yayımlandığı andan alimlərin yanlış məlumat verməklə bağlı beynəlxalq müzakirələrə səbəb olub.

Universitetin vitse-prezidenti Edvard Akton isə məlumatım gizlədilməsi haqqında bütün iddiaları əsassız adlandırıb və bunu bir anlaşılmazlıq hesab edir. O deyib ki, indiyə qədər iqlim dəyişikliyi ilə bağlı bütün məlumatlar heç bir dəyişiklik edilmədən ictimaiyyətin nəzərinə çatdırılıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR