Bank Of Baku

Edvard Nalbandyanla Hillari Klinton Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər

Edvard Nalbandyanla Hillari Klinton Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həllini müzakirə ediblər
# 29 yanvar 2010 08:13 (UTC +04:00)
Bakı – APA. Londonda Əfqanıstan probleminə həsr olunmuş beynəlxalq konfrans çərçivəsində Ermənistanın xarici işlər naziri Edvard Nalbandyanla ABŞ dövlət katibi Hillari Klinton arasında görüş keçirilib. APA-nın “Novosti-Armeniya”ya istinadən verdiyi məlumata görə, Ermənistan XİN-dən bildiriblər ki, görüşdə Ermənistan-Türkiyə münasibətləri və Dağlıq Qarabağ münaqişəsinin həlli ilə bağlı müzakirə aparılıb: “Klinton ABŞ-ın Ermənistanla Türkiyə arasında münasibətlərin normallaşdırılması prosesinə, imzalanmış protokolların tezliklə ratifikasiyasına və həyata keçirilməsinə ABŞ-ın dəstəyini təsdiqlədi”.

E. Nalbandyan isə deyib ki, Ermənistan Konstitusiya Məhkəməsinin qərarı İrəvanın öz üzərinə götürdüyü öhdəliklərə sadiq qaldığının daha bir göstəricisidir. O, Türkiyədən də bu cür yanaşma gözlədiklərini söyləyib. Nazir ATƏT-in Minsk Qrupunun həmsədri kimi ABŞ-ın rolunun vacibliyinə diqqət çəkib və Rusiya, Ermənistan, Azərbaycan prezidentlərinin Soçi görüşünün yekunları haqqında dövlət katibini məlumatlandırıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR