Bank Of Baku

«Taliban» döyüşçülərini satın-almaq mümkün deyil

«Taliban» döyüşçülərini satın-almaq mümkün deyil
# 30 yanvar 2010 03:05 (UTC +04:00)
Bakı – APA. Qərb müttəfiqləri Londonda yanvarın 28 keçirilmiş bir günlük konfransda Əfqanıstanı müharibədən necə xilas etmək yollarını araşdırıblar. APA-nın «Newsweek Journal» məcmuəsinə istinadən verdiyi xəbərə görə, 70-ə yaxın ölkənin nümayəndələrinin iştirak etdiyi tədbirdə Talibançılara pul təklif etməklə onları döyüşdən çəkindirmək və təslim olmalarına nal olmaq məsələləri müzakirə olunub.

Qeyd edək ki, iştirakçıların arasında olan Əfqanıstan prezidenti Həmid Qərzai cəsarətlə bütün əfqanlara, ələlxüsus «Əl-Qaidə» və digər terrorçu şəbəkənin üzvü olmayan əfqanlara, “sülh və barışıq” təklif edib. Lakin H.Qərzai nədənsə bu müharibədə qələbə qazanacağına əmin olan Talibançıların nəyə görə onun bu təklifini qəbul etməli olduğu fikrini əsaslandırmayıb.

Konfrans iştirakçıları Talibançılara pul verərək təslim edilməsini və bununla da məsələnin bu yolla çözülməsini daha real hesab edərək, bu məqsədlər üçün 500 milyon dollar vəsait ayıracaqlarına söz veriblər.

“Siz dostlarınızla sülh yarada bilmirsiniz və bu həqiqətdir. Bəs əgər sizin dostlarınız sülh istəmirlərsə, onda necə?”, – deyə ABŞ Dövlət Katibi Hillari Klinton vurğulayıb.

Əlavə edək ki, mütəxəssislərin fikrincə, məsələni bu yolla həlli mümkün deyil: “Talibana” rüşvət təklif etməklə onun satın-alınması mümkün deyil. Belə ki, əgər “Taliban” rəhbərliyi, komandanlığı və ya səhra komandirləri rahat həyat istəsəydilər, onlar rahat həyatlarını çoxdan qurmuş olardılar”, – deyə ekspertlərdən biri qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR