Bank Of Baku

Sorbonna Universitetində “MDB ölkələrinin ədəbi klassikası” öyrəniləcək

Sorbonna Universitetində “MDB ölkələrinin ədəbi klassikası” öyrəniləcək
# 30 yanvar 2010 08:22 (UTC +04:00)
Bakı. Viktoriya Dementyeva – APA. Fransanın Sorbonna Universitetində “MDB ölkələrinin ədəbi klassikası” öyrəniləcək. APA-nın İTAR-TASS agentliyinə istinadən verdiyi məlumata görə, yanvarın 29-da Rusiya, Azərbaycan, Belarus və Qırğızıstanın qədim ədəbiyyat nümunələrinin bu seriyadan olan ilk cildləri universitetin kitabxanasına təqdim edilib. Moskvada rus dilində nəşr olunan “MDB ölkələrinin ədəbi klassikası” MDB-nin humanitar əməkdaşlıq üzrə Dövlətlərarası Fondu tərəfindən universitetə verilib. Kitabı təqdim edən fondun icraçı direktoru Tatyana Bubnova bildirib ki, bu nəşr fransalı tədqiqatçıların MDB ölkələrinin zəngin ədəbi irsi ilə yaxından tanış olmasına imkan verəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR