Bank Of Baku

Hillari Klinton: “Hər dövlətin suverenliyi və ərazi bütövlüyünə əməl olunması vacibdir”

Hillari Klinton: “Hər dövlətin suverenliyi və ərazi bütövlüyünə əməl olunması vacibdir”
# 30 yanvar 2010 16:32 (UTC +04:00)
Bakı – APA. “ABŞ Cənubi Osetiya və Abxaziyanı tanımır. Hər dövlətin suverenliyi və ərazi bütövlüyünə əməl olunması vacibdir”. APA-nın “Armenia today” portalına istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ dövlət katibi Hillari Klinton Parisdə Fransa Hərbi Akademiyasındakı (Ecole militaire) çıxışında deyib. Fransalı ekspertlər və diplomatlar qarşısında çıxış edən H. Klinton təhlükəsizlik problemlərinə toxunub. O bildirib ki, XXI əsrin təhdidləri təhlükəsizlik məsələlərinə ən ciddi münasibəti diktə edir və Avroatlantika ölkələri arxayınlaşmamalıdır.

Qeyd edək ki, H. Klinton Londonda Əfqanıstana həsr olunmuş konfrans başa çatdıqdan sonra Parisə uçub. O, Fransa prezidenti Nikola Sarkozi və onun milli təhlükəsizlik üzrə köməkçisi Jan David Levittlə məsləhətləşmə aparacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR