Bank Of Baku

Türkiyə baş naziri: «İsrail qonşularıyla münasibətlərini bir daha nəzərdən keçirməlidir»

Türkiyə baş naziri: «İsrail qonşularıyla münasibətlərini bir daha nəzərdən keçirməlidir»
# 31 yanvar 2010 00:27 (UTC +04:00)
Bakı-APA. Türkiyə baş naziri Rəcəb Tayyib Ərdoğanın fikrincə, «Türkiyə kimi bir dostunu itirməsi, İsrail üçün gələcəkdə onları düşündürən bir mövzu olacaq». APA-nın məlumatına görə, bu barədə o keçirdiyi brifinqdə bildirib.

«Səfirimizə qarşı edilən hərəkətin beynəlxalq diplomatiyada yeri yoxdur. İndi Benyamin Netanyahu deyir ki, «mən Ərdoğana etibar etmirəm, Sarkoziyə etibar edirəm». Bu cür ad çəkməyə məcbursunuz? Bu da bir diplomatik nöqsandır. Çünki siz bunu dediyiniz zaman, yəni sən mənə etibar etmirsənsə, mən sənə necə etibar edəcəyəm? Hazırda İsraillə aramızda çox ciddi müqavilələr var. Etibarsızlıq olanda bu müqavilələri necə yerinə yetirmək olar? Məncə, İsrail özünü bir dünya dövləti olaraq görürsə, qonşularıyla olan münasibətlərini bir daha nəzərdən keçirməlidir», deyə baş nazir vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR