Bank Of Baku

MHP: Türkiyədə növbədənkənar seçkilər keçirilməlidir

MHP: Türkiyədə növbədənkənar seçkilər keçirilməlidir
# 31 yanvar 2010 01:18 (UTC +04:00)
Bakı-APA. Türkiyənin Milliyyətçi Hərəkat Partiyası (MHP) sədrinin müavini Dəniz Bölükbaşı, Türkiyənin qarşısına çıxan problemləri həll edə bilməsi üçün erkən seçimə getməli olduğunu bildirib.

APA-nın məlumatına görə, Bölükbaşı, Türkiyənin hazırda üç əsas probleminin olduğunu bildirib. «Birincisi, Türkiyə getdikcə yoxsullaşır. İşsizlik getdikcə artır. İkincisi, Türkiyə soyulur. Rüşvətxorluq və korrupsiya idarəetmə strukturu ilə bütünləşib. Üçüncü əsas problem isə Türkiyənin bölünməsi təhlükəsidir. Türkiyə cəbhələrə ayrılmaq, etnik qarşıdurma dönəmi ilə üz-üzədir», deyə MHP rəsmisi vurğulayıb.

Türkiyənin üç əsas problemini birdəfəlik həll etmək üçün D.Bölükbaşı mütləq növbədənkənar parlament seçkisinin keçirilməsinin vacibliyini qeyd edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR