Bank Of Baku

Riqada getto muzeyi yaradılacaq

Riqada getto muzeyi yaradılacaq
# 01 fevral 2010 23:02 (UTC +04:00)
Bakı-APA. "Şamir" yəhudi dini icması Latviyanın paytaxtı Riqa şəhərində getto muzeyi yaratmaq niyyətindədir. Bu barədə LETA informasiya agentliyinə şəhər meriyasından məlumat verilib.

APA-nın ves.lv-yə istinadən yaydığı məlumata görə, «Xolokost» qurbanlarının xatirəsini əbədiləşdirəcək muzey Riqanın Turgenev və Krasta küçələrinin kəsişməsində yaradılacaq.

İdeyanın müəllifləri hesab edirlər ki, muzeyin yaradılması nəinki Avropada, həm də dünyada böyük əks-sədaya səbəb olacaq.

Bundan əlavə, muzey Latviyanın hətta ağır böhran dövründə belə tarixi yaddaşın qorunmasına hazır olduğunu nümayiş etdirməlidir.

Qeyd edək ki, muzeyin yaradılması barədə protokol fevralın 2-də Riqanın vitse-meri Aynar Şlesers və ravvin, "Şamir" icmasının rəhbəri Menaxem Barkaxan tərəfindən imzalanacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR