Bank Of Baku

AŞ PA həmməruzəçiləri Ermənistandan 1-2 mart hadisələri ilə bağlı tövsiyə olunan islahatları dərhal həyata keçirməyi tələb edib

AŞ PA həmməruzəçiləri Ermənistandan 1-2 mart hadisələri ilə bağlı tövsiyə olunan islahatları dərhal həyata keçirməyi tələb edib
# 02 fevral 2010 16:10 (UTC +04:00)
APA-nın məlumatına görə, bu bəyanatla AŞ PA Monitorinq Komitəsinin Ermənistan üzrə həmməruzəçiləri Con Preskott və Jorj Kolombye çıxış edib. Bəyanatda bildirilir ki, əgər AŞ PA-nın qətnamələrində də əksini tapmış və xüsusi komitə tərəfindən də tövsiyə edilən islahatlar vicdanla həyata keçirilsə, bu, 1-2 mart hadisələrinə gətirib çıxaran səbəbləri hərtərəfli araşdırmağa imkan verə bilər. Həmməruzəçilər qeyd edib ki, bu tövsiyələri, xüsusilə polis və Seçki Məcəlləsi ilə bağlı islahatları ləngimədən yerinə yetirmək lazımdır. Con Preskott və Jorj Kolombye Ermənistan parlamentinə məktub göndərməyə hazırlaşdıqlarını bildiriblər. Məktubda aparılacaq islahatların dəqiq qrafikini AŞ PA Monitorinq Komitəsinin martın 17-də Parisdə keçiriləcək iclasına kimi komitəyə təqdim etmək xahiş olunacaq. Bu sənəd əsasında həmməruzəçilər yazda İrəvana səfər edərək islahatların həyata keçirilməsinə dair dəqiq “Yol xəritəsi”ni müzakirə edəcəklər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR