Bank Of Baku

İraqdakı Amerika qüvvələrinin komandanı: «ABŞ terrorizmlə mübarizə və türk vətəndaşlarını qorumaq üçün Türkiyənin yanındadır»

İraqdakı Amerika qüvvələrinin komandanı: «ABŞ terrorizmlə mübarizə və türk vətəndaşlarını qorumaq üçün Türkiyənin yanındadır»
# 02 fevral 2010 18:21 (UTC +04:00)
Bakı-APA. İraqdakı Amerika qüvvələrinin komandanı general Raymond Odierno, türk rəsmilərilə görüşmək məqsədilə Ankaraya gəlib. APA-nın türk mətbuatına istinadən verdiyi məlumata görə, Odierno ilk olaraq Türkiyə Silahlı qüvvələrinin Baş qərargah rəisi İlkər Başbuğ ilə görüşəcək.

ABŞ-ın Ankara səfirliyindən verilən açıqlamaya görə, Türkiyənin ABŞ-ın güclü müttəfiqi olduğunu vurğulayan amerikalı general «terrorçuluqla mübarizədə əməkdaşlığımız davam edir. «Kongra Gel»-in (KGK/PKK) türk şəhərlərinə və xalqına qarşı həyata keçirilən terror aktları qəti şəkildə pisləyirəm. ABŞ terrorizmlə mübarizə və türk vətəndaşlarını qorumaq üçün Türkiyənin yanındadır».
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR