Türkiyə parlamentində deputatlar arasında yumruq davası düşüb - FOTOSESSİYA
Sabiq səhiyyə naziri O. Durmuş çıxışında Gülhanə Hərbi Tibb Akademiyasında müalicə olunan məşhur aktyor Nejat Uyğuru ziyarət etmək istəyən baş nazir Rəcəb Tayyib Ərdoğanın həyat yoldaşının başı örtülü olduğu üçün xəstəxanaya buraxılmaması məsələsini ironik tərzdə şərh edib: “Nejat Uyğuru ziyarət etmək istəyən xanım əfəndiyə “Gülhanəyə gəlməyin” deyiblər. Axxx, bəyaz önlüklülər, siz özünüzü nə hesab edirsiniz? Peyğəmbər adlandırılan bir baş nazirin xanımını necə qəbul etmirsiniz? 3-5 quruş pulunuzamı güvənirsiniz? Sizin klinikalarınızı bağlayarlar, görərsiniz”.
Bu sözlərdən sonra ara qarışıb. Ədalət və İnkişaf Partiyası (AKP) fraksiyasının həmsədri Bəkir Bozdağ Osman Durmuşa etirazını bildirib. Sonra baş nazir Ərdoğan söz alaraq kürsüyə çıxıb. O, həyat yoldaşına söz atıldığını deyərək bunu ədəbsizlik və əxlaqsızlıq adlandırıb. Ayağa qalxaraq buna etiraz edən MHP üzvləri ilə AKP üzvləri arasında əlbəyaxa dava başlayıb. Toplantıya sədrlik edən parlament sədrinin müavini, Cümhuriyyət Xalq Partiyasının üzvü Güldal Mumcu fasilə elan edib. R. T. Ərdoğan öz millət vəkillərinin əhatəsində salondan çıxarılıb. Qarşıdurma zamanı iki millət vəkilinin eynəyi sınıb, bəzi parlamentarlar həmkarlarından yumruq zərbələri alıblar. Bayılan AKP millət vəkili Əli Qoyunçu xəstəxanaya aparılıb. Onu səhhəti qənaətbəxşdir.
Fasilə zamanı G. Mumcunun kabinetinə daxil olan baş nazirin müavini, parlamentin keçmiş sədri Bülənt Arınç onu parlamenti idarə edə bilməməkdə günahlandırıb:
- Bu cür parlament idarə edərlər?! Bu qədər tərəfkeşlik olmaz.
- Parlamenti necə idarə edəcəyimi sizdənmi soruşacağam? Mən tamamilə tərəfsiz şəkildə iclasları idarə edirəm. Şikayətiniz varsa, reqlament çərçivəsində hərəkət edə bilərsiniz. Burada mənə hücum etməyə və həqarət etməyə haqqınız yoxdur!
Daha sonra otağa AKP fraksiyasının həmsədri Mustafa Elitaş girib. O da xanım Mumcunun üstünə qışqırıb. Otaqdakı MHP üzvü, parlamentin katibi Murat Özkan “bağırma. Bura bağırılacaq yer deyil”, deyə M. Elitaşın qarşısını kəsib. Başqa bir AKP üzvü araya girərək onları ayırıb. İnsidentdən sonra G. Mumcu protest əlamət olaraq kürsüyə çıxmayıb. Baş nazirin müavini, hökumət sözçüsü Cəmil Çiçək G. Mumcunun otağına gedərək baş verənlərə görə öz partiyadaşları adından ondan üzr istəyib. Bundan sonra iclas zalına daxil olan. G. Mumcu qısa bəyanatla çıxış edib: “Bildiyimə görə, Türkiyə qanunverici, icra və məhkəmə hakimiyyətlərinin müstəqilliyi əsasında idarə olunur. Hazırda mən burada qanunverici hakimiyyəti təmsil edirəm. İcra hakimiyyətinin qanunverici hakimiyyətə təzyiq göstərmək hüququ yoxdur. Bir nazir otağıma gəlib mənə təlimat vermək istədi. Bunu qətiyyətlə pisləyirəm”.
Qeyd: Fotolar “Milliyet” qəzetinin saytından götürülüb.
Avropa
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Zelenski Putinə açıq məktub ünvanlayıb
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Ukraynada müharibədə ölən uşaqların sayı 700-ü keçib
Xəbər Lenti
Tramp ABŞ-ın Kuba hökumətini dəyişməyi hədəflədiyini açıqlayıb
ABŞ Almaniyaya “Tomahawk” raketlərinin verilməsini ləğv edə bilər
ABŞ Raul Kastronun oğlu və nəvəsinə qarşı sanksiyalar tətbiq edib
ABŞ Hörmüz boğazında mina təmizləmə əməliyyatının əksər hissəsini başa çatdırıb
Azərbaycan BMT-də Gürcüstanla bağlı qətnaməni növbəti dəfə dəstəkləyib
Tramp Xamenei ilə görüşməyə hazır olduğunu bildirib
Tramp: Düşünürəm ki, Putin və Zelenski görüşsəydi, əla olardı
Minifutbol üzrə Azərbaycan millisi ikiqat Avropa çempionu olub
Zelenski Putinə açıq məktub ünvanlayıb
Tovuzun Cəlilli kəndi içməli su ilə təmin olunub
İsrailin hücumları nəticəsində ölən Livan vətəndaşlarının sayı 3526 nəfərə çatıb
Putin Rusiyanın Azərbaycanla həmişə yaxşı münasibətləri olduğunu deyib
Putin bildirib ki, Ermənistanda Aİ-yə üzvlük prosesi ilə bağlı qanunun qəbulu Rusiyada narahatlıq yaradıb
Putin: Rusiya Ukrayna ilə bağlı güzəştə getməyə hazırdır
Hakan Fidan Qətərin Baş naziri ilə ABŞ-İran danışıqlarını müzakirə edib
NATO Zirvəsi səbəbilə Ankarada bütün ictimai tədbirlər qadağan edilib
Beynəlxalq axtarışda olan şəxs BƏƏ-də tutularaq Azərbaycana ekstradisiya edilib
Dominikanda Azərbaycanın Müstəqillik Günü münasibəti ilə rəsmi qəbul keçirilib
Sankt-Peterburqda Azərbaycan-Rusiya biznes dialoqu keçirilib
SEPAH: Atəşkəs Livanı da əhatə etməlidir
KMBİ bankların adından saxta kredit səhifələri yaradan şəxsləri saxlayıb - VİDEO
Azərbaycan və İran XİN rəhbərləri regionda təhlükəsizlik məsələlərini müzakirə edib
Ceyhun Bayramov Qırğızıstanı BMT TŞ-nin qeyri-daimi üzvü seçilməsi münasibətilə təbrik edib
Rusiya və ABŞ sabah Berinq boğazından keçən tunel haqqında saziş imzalayacaq
Bakı Təşəbbüs Qrupunun fəaliyyəti beynəlxalq səviyyədə qəbul olunur: Fransanın narahatlığı artır - TƏHLİL
XİN: Gürcüstan "3+3" formatında keçiriləcək görüşdə iştirak etməyəcək
Hirkan Milli Parkında narkoplantasiya aşkarlanıb
BŞTİ: Sabah bəzi məktəblərdə tədris distant olacaq - SİYAHI
Əraqçi Xameneinin öldürüldüyü vaxt onun ofisində olduğunu bildirib, detalları açıqlayıb
Braziliyanın yeni səfiri etimadnaməsinin surətini Ceyhun Bayramova təqdim edib
Füzulidə 120 kq yararsız ət aşkarlanıb
Ermənistanda qiyamçı keşiş Baqrat ev dustaqlığına buraxılıb
Binəqədidə kranda köməksiz qalan şəxs xilas edilib - VİDEO
Qaradağda keçirilən əməliyyatda saxlanılan vəzifəli şəxslərin məhkəməsi başlayıb
Leonid Kuçma: Azərbaycanın müstəqilliyi mənim üçün sadəcə söz deyil
Küveyt Vəliəhdi Prezident İlham Əliyevi təbrik edib
Bəhreynin Baş naziri Prezident İlham Əliyevə təbrik ünvanlayıb
Qətər Əmiri Prezident İlham Əliyevi təbrik edib
ABŞ-ın Əsas Amerika Yəhudi Təşkilatlarının Prezidentləri Konfransından Azərbaycan liderinə təbrik ünvanlanıb
Keşlədə obyektdə yanğın söndürülüb - FOTO - YENİLƏNİB
Fransa casusluq işi ilə bağlı Gürcüstandan iki kəşfiyyat zabitini geri çağırıb
Ukraynada müharibədə ölən uşaqların sayı 700-ü keçib
ABB Home platformasına Mygov ID ilə daha sürətli giriş imkanı!
Anar Əliyev BƏT-in Baş direktoru ilə görüşüb
Ötən ay Bakı Limanında 812 min tondan çox yük aşırılıb
Polşa Ukrayna və Belarus yaxınlığında hava məkanını bağlayır
Bakıda TDT-yə üzv ölkələrin mərkəzi banklarının Şurasının növbəti toplantısı keçirilir