Bank Of Baku

Pekin Tehrana qarşı sanksiyalar tətbiq etməkdənsə, dialoq aparmağı üstün tutur

Pekin Tehrana qarşı sanksiyalar tətbiq etməkdənsə, dialoq aparmağı üstün tutur
# 03 fevral 2010 19:07 (UTC +04:00)
Bakı-APA. Çin İrana qarşı sanksiyalar tətbiq etməkdənsə, bu ölkə ilə dialoqu daha üstün tutur.

APA-nın İnterfaksa istinadən verdiyi məlumata görə, bu barədə çin xalq Respublikasının xarici işlər naziri Yan Çzeçi Parisdə fransalı həmkarı Bernar Kuşnerlə birgə keçirdiyi mətbuat konfransında bildirib.

"Ən vacib məsələ danışıqların davam etdirilməsidir", - deyə nazir bildirib və onu da əlavə edib ki, "İranın nüvə yanacağı ilə təmin edilməsi barədə danışıqlar artıq başlanıb".

"Çin qəti olaraq danışıqların və nüvə silahının yayılmamasının tərəfdarıdır. İran məsələsinə gəldikdə, biz hesab edirik ki, problemin həllini tezliklə və danışıqlar yolu ilə nail olmaq lazımdır", - deyə nazir bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR