Bank Of Baku

Rumıniya öz ərazisində ABŞ-ın raket hücumundan müdafiə sistemi elementləri yerləşdirməyə razılıq verib

  Rumıniya öz ərazisində ABŞ-ın raket hücumundan müdafiə sistemi elementləri yerləşdirməyə razılıq verib
# 04 fevral 2010 15:55 (UTC +04:00)
Buxarest-APA. Rumıniya öz ərazisində ABŞ-ın raket hücumundan müdafiə sistemi elementləri yerləşdirməyə razılıq verib. APA-nın məlumatına görə, prezident Trayan Besesku bildirib ki, bununla bağlı ölkəsinə ABŞ prezidenti Barak Obamanın rəsmi müraciəti daxil olub. Prezident yeni sistemin artıq 2015-ci ildə fəaliyyətə başlayacağını vurğulayıb. Razılaşmaya əsasən, ölkə ərazisində orta mənzilli raket qurğuları yerləşdiriləcək. Prezidentin fikrincə, yeni sistem ölkəni raket hücumundan müdafiə etməyə şərait yaradacaq. O Rumıniyanın qəbul etdiyi qərarın Rusiyanın maraqları üçün təhlükə törətmədiyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR