Bank Of Baku

İslandiya Avropa Birliyinə üzvlüklə bağlı danışıqların iki ildən çox çəkməyəcəyinə ümid edir

İslandiya Avropa Birliyinə üzvlüklə bağlı danışıqların iki ildən çox çəkməyəcəyinə ümid edir
# 05 fevral 2010 02:00 (UTC +04:00)
Bakı-APA. İslandiyanın baş naziri Yohana Siqurdardottir ölkəsinin Avropa Birliyinə üzvlüklə bağlı danışıqlarının 24 aydan çox çəkməməli olduğunu bəyan edib.

«Bizim Avropa Birliyinə güclü inteqrasiyamızı nəzərə alaraq və 90-cı illərin əvvəllərində şimallı dostlarımızın danışıqlarını əsas götürərək, İslandiyanın qəbulla bağlı danışıqlarının 12-24 ay çəkə biləcəyini deyə bilərəm», deyə baş nazir bildirib.

Qeyd edək ki, İslandiyanın ərizəsinin müzakirəsi artıq martda başlaya bilər. Bunun üçün Avropa komissiyası fevralda müvafiq tövsiyə ilə çıxış etməlidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR