Bank Of Baku

NATO-nun qüvvələri Əfqanıstandan 2011-ci ildə də çıxarılmayacaq

NATO-nun qüvvələri Əfqanıstandan 2011-ci ildə də çıxarılmayacaq
# 05 fevral 2010 17:24 (UTC +04:00)
Bakı-APA. NATO-nın Əfqanıstandakı missiyası 2011-ci ildə sona çatmayacaq və kontingent vəzifələrini tam yerinə yetirənə qədər bu ölkədə qalacaq.
APA-nın İTAR-TASS-a istinadən verdiyi məlumata görə, bunu qurumun baş katibi Anders Foq Rasmussen NATO üzvü olan ölkələrin müdafiə nazirlərinin İstanbul şəhərində keçirilən qeyri-rəsmi sammitindən sonra bildirib.

«Heç Kim deməyib ki, 2011-ci ildə NATO Əfqanıstandan çıxıb gedəcək. Əksinə, bir qədər əvvəl deyildiyi kimi, biz qarşımızda duran vəzifələri yerinə yetirənə qədər orada qalacağıq. Lakin 2011-ci ildə missiyanın nəticələri və strategiyanın tam miqyasda qiymətləndiriləcək», - deyə qurumun rəhbəri vurğulayıb.

Rasmussen onu da bildirib ki, Alyans ölkələri Əfqanıstanda təhlükəsizliyə dəstək qüvvələrinin (ƏTDQ)sayını 40 min nəfərə çatdırmaq qərarına gəliblər: «Tezliklə siz bu məsələlərin necə həyata keçirildiyinin şahidi olacaqsınız. Mütəmadi olaraq əməliyyatlar həyata keçiriləcək və bu əməliyyatlarda əfqanlar rəhbərlik edəcəklər, NATO isə dəstək verəcək», - deyə alyansın rəhbəri vurğulayıb.

Onun sözlərinə görə, bir müddət əvvəl Londonda Əfqanıstana dair keçirilmiş sami «son dərəcə uğurlu» olub, belə ki, Əfqanıstana yardım, bu ölkənin reinteqrasiyası və maliyyə yardımının təmin olunması ilə bağlı konsensus əldə olunub.

«Bununla yanaşı, Əfqanıstan təhlükəsizlik qüvvələrinə təlim keçilməsi üçün NATO kontingentinin sayını artırmaq lazımdır. Hazırda orada 60 hərbi və 100-dən artıq polis bölmələri fəaliyyət göstərir. Onların sayını dəfələrlə artırmaq zəruridir. Mən ƏTDQ iştirakçısı olan bütün dövlətləri bu sahədə nə etmək mümkün olduğunu araşdırmağa çağırıram», - deyə Rasmussen bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR