Bank Of Baku

Avropa Şurasının baş katibi Türkiyəyə səfər edəcək

Avropa Şurasının baş katibi Türkiyəyə səfər edəcək
# 06 fevral 2010 08:45 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Avropa Şurasının (AŞ) baş katibi Tyorbyorn Yaqland fevralın 6-dan 9-dək Türkiyədə səfərdə olacaq. APA-nın məlumatına görə, Türkiyə prezidenti Abdulla Gül, baş nazir Rəcəb Tayyib Ərdoğan, ədliyyə naziri Sadullah Ergin, xarici işlər naziri Əhməd Davudoğlu və AŞ Parlament Assambleyasının yeni prezidenti Mövlud Çavuşoğlu ilə görüşlər keçirəcək.

Görüşlərdə Avropa siyasi arxitekturasında Avropa Şurasının rolunun möhkəmləndirilməsinə yönəlmiş islahatlar proqramı müzakirə olunacaq.

T. Yaqland türkiyəli deputatlarla da görüşəcək, Bilkənt Universitetində çıxış edəcək.

Baş katib səfər çərçivəsində Ankara və İstanbulda olacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR