Bank Of Baku

Ərdoğan Baxçalını məhkəməyə verib

Ərdoğan Baxçalını məhkəməyə verib
# 06 fevral 2010 09:44 (UTC +04:00)
Bakı – APA. Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan Milliyyətçi Hərəkat Partiyasının lideri Dövlət Baxçalını məhkəməyə verib.

APA-nın Türkiyə mətbuatına istinadən məlumatına görə, buna səbəb Türkiyə Böyük Millət Məclisinin bu həftə keçirilən iclasında hakim Ədalət və İnkişaf Partiyasından və MHP-dən olan millət vəkilləri arasında baş verən əlbəyaxa davaya görə Baxçalının Ərdoğanı ittiham etməsidir.

Baş nazir məhkəməyə təqdim etdiyi iddia ərizəsində MHP liderinin məsələ ilə bağlı yaydığı açıqlamada onun şərəf və ləyaqətini təhqir etdiyi bildirilib. Bu səbəbdən Ərdoğan Baxçalıdan 100 min TL (50 min AZN) tələb edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR