Bank Of Baku

Türkiyənin xarici işlər naziri Qazaxıstana səfər edəcək

Türkiyənin xarici işlər naziri Qazaxıstana səfər edəcək
# 08 fevral 2010 14:10 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Türkiyənin xarici işlər naziri Əhməd Davudoğlu fevralın 10-dan 12-dək Qazaxıstanda rəsmi səfərdə olacaq. APA-nın məlumatına görə, bu barədə bu gün Qazaxıstan Xarici İşlər Nazirliyindən (XİN) bildirilib. Səfər Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayevin dəvəti ilə həyata keçiriləcək. Səfər proqramına ölkə rəhbərliyi ilə görüşlər daxildir. Görüşlərdə Astana ilə Ankara arasında ikitərəfli və çoxtərəfli formatda siyasi, iqtisadi və mədəni-humanitar əməkdaşlığı, o cümlədən BMT, ATƏT, İKT və Törkdilli Dövlətlərin Əməkdaşlıq Şurası çərçivəsində əməkdaşlıq məsələlər müzakirə ediləcək.

Danışıqlarda, həmçinin bu il iyunun 7-9-da İstanbulda keçiriləcək Asiyada Qarşılıqlı Fəaliyyət və Etimad Tədbirləri üzrə Müşavirənin üçüncü sammitinə hazırlıq məsələləri ilə bağlı da fikir mübadiləsi aparılacaq.

Qeyd edək ki, bu təşkilatda sədrlik bu ilin əvvəlində Qazaxıstandan Türkiyəyə keçib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR