Bank Of Baku

İrlandiya Milli Azadlıq Ordusu silahlı mübarizəni dayandırıb

İrlandiya Milli Azadlıq Ordusu silahlı mübarizəni dayandırıb
# 08 fevral 2010 18:34 (UTC +04:00)
BAKI-APA. Şimali İrlandiyanın radikal qruplarından biri olan İrlandiya Milli Azadlıq Ordusu (INLA) silahlı mübarizəni dayandırması barədə bəyanat yayıb. APA-nın lenta.ru-ya istinadən yaydığı məlumata görə, təşkilatın tam tərksilah olunması barədə qrupun təmsilçisi Martin Makmoneql Belfastda keçirilmiş mətbuat konfransında bildirib.

«The Irish Times» qəzetinin yazdığına görə, INLA üzvləri silahları tərksilah üzrə beynəlxalq komissiyanın nəzarəti və köməyi ilə həyata keçiriblər.

INLA təmsilçisinin sözlərinə görə, qruplaşma hesab edir ki, hazırda sülh yolu ilə qarşısına qoyduğu məqsədə çatmaq imkanları meydana çıxıb.

Eyni zamanda, Martin Makmoneql bildirib ki, INLA əvvəlki fəaliyyətinə görə üzr istmək niyyətində deyil.

Qeyd edək ki, INLA 1974-cü ilin dekabrında İrlandiya Respublikaçı Sosialist Partiyasının (IRSP) hərbi qanadı kimi yaradılıb.

Uzun illər ərzində bir sıra səs-küylü terror aktlarına imza atmış təşkilat 1998-ci ildə atəşkəs elan edib, bir müddət sonra isə silahlı mübarizədən imtina etməsi barədə bəyanatla çıxış edib.

2009-cu ilin oktyabrında qruplaşma silahı yerə qoymaq arzusunu bildirib.

Olster Universitetinin məlumatlarına görə, INLA-nın hesabında 1969-2001-ci illərdə həyata keçirilmiş 113 qətl hadisəsi var.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR