Bank Of Baku

Yunanıstanın aviaşirkətləri bütün reysləri təxirə salıblar

Yunanıstanın aviaşirkətləri bütün reysləri təxirə salıblar
# 08 fevral 2010 23:28 (UTC +04:00)
Bakı-APA. Yunanıstanın hava yolları şirkətləri dispetçerlərin fevralın 10-na nəzərdə tutulmuş 24 saatlıq tətili ilə əlaqədar olaraq bütün aviareyslərin təxirə salındığını elan ediblər.

APA-nın İTAR-TASS-a istindən verdiyi məlumata görə, aviadispetçerlər dövlət sektoru işçilərinin 24 saatlıq tətilində iştirak edərək əmək haqlarının dondurulması və mükafatların kəsilməsi ilə əlaqədar hökumətin qərarına etiraz etmək niyyətindədirlər.

Belə ki, fevralın 2-də ölkənin baş naziri Yunanıstanın maliyyə böhranından çıxarılması üçün daha sərt qənaət tədbirlərə əl atılacağını bildirib ki, bu da dövlət sektorunda çalışanlarını əmək haqlarının dondurulmasını, yeni işçilərin qəbulunun müvəqqəti olaraq dayandırılmasını, yanacaq vergisinin artırılmasını, iri mülk sahiblərinin daha yüksək vergilərə cəlb olunmasını, müəssisələrin vergitutma sisteminin sərtləşdirilməsini, habelə offşor firmaları tərəfindən vergidən yayınma hallarının yoxlanmasını nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR