Bank Of Baku

Ştefan Fyule Avropa Qonşuluq siyasəti və genişlənmə üzrə komissar təyin olunub

Ştefan Fyule Avropa Qonşuluq siyasəti və genişlənmə üzrə komissar təyin olunub
# 10 fevral 2010 08:28 (UTC +04:00)
APA-nın Avropa Komissiyasının saytına istinadən yaydığı məlumata görə, yeni komissar bu postda Benita Ferrero-Valdneri əvəzləyəcək. Xatırladaq ki, dünən Avropa parlamenti Avropa Komissiyasının yeni tərkibini təsdiqləyib. Joze Manuel Barrozu ikinci müddətə Avropa Komissiyasının prezidenti, Ketrin Eşton isə xarici siyasət və təhlükəsizlik siyasəti üzrə Ali Nümayəndə və vitse-prezident seçiliblər. Yeni tərkibdə Günter German Ottinqer energetika məsələləri, Andris Pibalqs isə inkişaf üzrə komissar postunu tutublar. Avropa Komissiyası yeni tərkibdə fəaliyyətinin icrasına bu gün başlayacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR