Bank Of Baku

İtaliya qırıcısı dənizə düşüb

İtaliya qırıcısı dənizə düşüb
# 11 fevral 2010 18:57 (UTC +04:00)
Bakı-APA. İtaliya hərbi-hava qüvvələrinə məxsus F-16 qırıcısı təlim-məşq uçuşu zamanı Adriatik dənizinə düşüb. APA-nın ANSA agentliyinə istinadən verdiyi məlumata görə, insident Ravenna şəhəri yaxınlığında baş verib.

Hadisə nəticəsində pilot xəsarət almayıb. Onun sözlərinə görə, uçuş zamanı təyyarədə nəsə nasazlıq baş verib və kabinə tüstü ilə dolub.

Qəzanın səbəbləri bilinmir. Hərbi və xilasedici vertolyotlar hadisə yerinə gəliblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR