Bank Of Baku

Sürix məhkəməsi «erməni soyqırımı»nı tanımayan türkləri cəzalandırıb

Sürix məhkəməsi «erməni soyqırımı»nı tanımayan türkləri cəzalandırıb
# 12 fevral 2010 00:37 (UTC +04:00)
Bakı-APA. «Erməni soyqırımı» iddiasını rədd etdikləri üçün Sürix Ali məhkəməsi tərəfindən haqlarında hökm verilən İsveçrə türkləri Ali Mercan, Ethem Kayalı və Hasan Kemahlı qərarın demokratiya və söz azadlığına qarşı olduğunu bildiriblər. Onlar qərar ləğv edilməzsə Avropa İnsan Haqları Məhkəməsinə müraciət edəcəklərini vurğulayıblar.

«Bu İsveçrə üçün biabırçı bir qərardır», deyə Bern Atatürkçü Düşüncə Dərnəyi başqanı Hasan Kemahlı bəyan edib.

APA-nın məlumatına görə, Ali Mercan 2007-ci ildə Vintersur şəhərində keçirilən tədbirdəki çıxışında «erməni soyqırımı» iddiasını «beynəlxalq tarixi yalan» adlandırdığına, Ethem Kayalı və Hasan Kemahlı isə sözügedən tədbiri təşkil etdiklərini görə Vintersur məhkəməsi tərəfindən cəzalandırılmışdılar. Hər üç şəxs Vintersur məhkəməsinin qərarından Sürix Ali məhkəməsinə şikayət etmişdilər. Bu gün verdiyi qərarla Sürix Ali məhkəməsi Vintersur məhkəməsinin qərarını bir qədər yüngülləşdirsə də ümumilikdə cəzanı qüvvəsində saxlayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR