Bank Of Baku

“Gürcüstanın Avropa yolu” adlı beynəlxalq konfrans keçirilib

“Gürcüstanın Avropa yolu” adlı beynəlxalq konfrans keçirilib
# 12 fevral 2010 12:34 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. Gürcüstanın paytaxtı Tiflis şəhərində Avropa və avroatlantik strukturlara inteqrasiya üzrə Dövlət Nazirliyi ilə “İBF İnternational Consultinq”in təşkilatçılığı ilə “Gürcüstanın Avropa yolu” adlı VI beynəlxalq konfrans keçirilib. APA-nın Gürcüstan bürosunun məlumatına görə, konfransı Avropa və avroatlantik inteqrasiya üzrə dövlət naziri və baş nazirin müavini Georgi Baramidze açıb. Tədbirdə Gürcüstanın Avropa strukturlarına inteqrasiya yolunda əldə etdiyi inkişaf, Rusiya-Gürcüstan müharibəsinin izləri və ölkədə gedən demokratik və iqtisadi islahatlar, Avropa Birliyi ilə azad ticarət, ikitərəfli əməkdaşlıq və digər aktual məsələlər barədə çıxışlar olub. Çıxışlardan sonra mövzular barədə fikir mübadiləsi aparılıb.

Qeyd edək ki, bu konfrans 2007-ci ildən bəri ildə iki dəfə keçirilir və ənənə halını alıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR