Bank Of Baku

ABŞ və Bolqarıstan rəsmiləri RHM sisteminin yerləşdirilməsi məsələsini müzakirə edəcəklər

ABŞ və Bolqarıstan rəsmiləri RHM sisteminin yerləşdirilməsi məsələsini müzakirə edəcəklər
# 12 fevral 2010 17:29 (UTC +04:00)
Bakı-APA. ABŞ rəsmiləri Bolqarıstan hökuməti ilə bu ölkənin ərazisində raket hücumundan müdafiə (RHM) sistemi elementlərinin yerləşdirilməsinin mümkünlüyü barədə ilkin danışıqlar aparacaq.

APA-nın Reyters agentliyinə istinadən verdiyi məlumata görə, bu barədə Bolqarıstanın baş naziri Boyko Borisov bildirib.

Avropa İttifaqı və NATO-nun üzvü olan Bolqarıstanın ABŞ-ın bu təklifini qəbul edib-etməyəcəyi barədə sualına cavab olaraq Borisov bildirib ki, Sofiya üçün həmrəylik nümayiş etdirmək zəruridir.

«Bu, təkcə mənim qəbul edə biləcəyim qərar deyil. Biz Avropa Komissiyasından və Bolqarıstan parlamentindən cavab gözləyirik», - deyə Borisov jurnalistlərlə söhbətində bildirib.

Xatırladaq ki, ABŞ-ın Bolqarıstandakı səfiri Ceyms Uorlik bildirib ki, Vaşinqton artıq Sofiya ilə qeyri-rəsmi qaydada danışıqlar aparıb.

Uorlikin sözlərinə görə, o, Bolqarıstan hökuməti ilə danışıqların müsbət nəticələnəcəyinə ümidvar olduğunu bildirib və bu qəbildən danışıqlar regionun digər ölkələri ilə də aparıldığını deyib.

Qeyd edək ki, ötən həftə Rumıniya öz ərazisində RHM sistemi elementlərinin yerləşdirilməsinə hazır olduğunu bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR