Bank Of Baku

Norveç paytaxtında Məhəmməd peyğəmbərin karikaturasının yeni nəşrinə qarşı etiraz aksiyası keçirilib

Norveç paytaxtında Məhəmməd peyğəmbərin karikaturasının yeni nəşrinə qarşı etiraz aksiyası keçirilib
# 13 fevral 2010 04:42 (UTC +04:00)
Bakı-APA. Norveçin paytaxtı Osloda Məhəmməd peyğəmbərin karikaturasının yeni nəşrinə qarşı kütləvi etiraz aksiyası keçirilib.

APA-nın Qazeta.ru-ya istinadən verdiyi məlumata görə, 2 min nəfərə qədər müsəlman dinc nümayiş keçiriblər. Onlar əllərində «Bütün dinlərə hörmət!», «müsəlmanları təhqir etməyə son qoyun!» kimi şüarlar tutublar.

Aksiya gücləndirilmiş polis bölmələri tərəfindən mühafizə olunub.

Qeyd edək ki, Norveçdə nəşr olunan «Dagbladet» qəzetinin səhifələrində peyğəmbərin karikaturası dərc olunub, sonradan isə həmin karikatura Norveç polisinin «Facebook» sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Sonradan həmin karikatura internet səhifəsindən çıxarılıb.

Karikaturanın özü İordan çayının qərb sahilindən köçmüş yəhudi milliyyətli şəxs tərəfindən hələ 1990-cı ildə çəkilib.

Qəzetin redaksiyası karikaturanı dərc etməkdə müsəlmanları təhqir etmək niyyətində olmadığını və bu şəklin adi məqalə üçün seçilmiş illüstrasiya olduğunu bildirir.

«Əlbəttə, bizi buna görə tənqid etmək olar. Lakin, bu qətiyyən təxribat deyildi», - deyə «Dagbladet»-in baş redaktorunun müavini Lars Xelle bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR