Bank Of Baku

Ərdoğan-Klinton görüşü: “ATƏT-in Minsk qrupunun fəaliyyətini daha da aktivləşdirməsinə zərurət var”

Ərdoğan-Klinton görüşü: “ATƏT-in Minsk qrupunun fəaliyyətini daha da aktivləşdirməsinə zərurət var”
# 14 fevral 2010 18:37 (UTC +04:00)
Məlumata görə, ABŞ dövlət katibi Ərdoğanı Türkiyənin İrana qoyduğu sərmayələri azaltmağa çağırıb.

Görüşdə eyni zamanda Ermənistan, Kıbrıs, Yaxın Şərq, terrorla mübarizə, iqtisadi münasibətlər və İraq məsələsi müzakirə olunub.

Bir saat davam edən görüşdə daha çox Türkiyənin İranla bağlı problemin həllində vasitəçi missiyasını üzərinə götürməsi məsələsinə də toxunulub. Məlumata görə, sabah Türkiyənin xarici işlər naziri Əhməd Davutoğlu İrana gedəcək.

Ermənistan Konstitusiya Məhkəməsinin qərarının da müzakirə olunduğu görüşdə bu məsələ ilə bağlı Türkiyənin problemin həlli üçün üzərinə düşəni etdiyini bildirib. Görüşdə həmçinin Azərbaycan Ermənistan, Dağlıq Qarabağ probleminin həlli ilə məşğul olan ATƏT-in Minsk qrupunun fəaliyyətini daha da aktivləşdirməsinin zəruriliyi vurğulanıb.

Tərəflər Kıbrıs probleminin həlli üçün də danışıqların davam etdirilməsinin zəruriliyini qeyd ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR