Bank Of Baku

Rəcəb Tayyib Ərdoğan və Hillari Klintonun görüşü zamanı insident baş verib

Rəcəb Tayyib Ərdoğan və Hillari Klintonun görüşü zamanı insident baş verib
# 15 fevral 2010 08:07 (UTC +04:00)
Bakı – APA. Fevralın 14-də Qatarın paytaxtı Doha şəhərində Türkiyənin baş naziri Rəcəb Tayyib Ərdoğan və ABŞ dövlət katibi Hillari Klinton arasında keçirilən görüş zamanı diplomatik qalmaqal baş verib. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, əvvəlcə 20 dəqiqə olacağı planlaşdırılsa da, görüş 1 saatdan çox davam edib. Qapıda gözləyən ABŞ-ın Qatardakı səfiri Yozef Lebaron Türkiyə nümayəndə heyətinin üzvlərinə “Əmirlə görüşümüz var, içəriyə xəbər göndərib görüşü bitirin”, deyib. Türkiyə heyəti səfirin bu istəyini yerinə yetirmədikdə Y. Lebaron qəzəblənib. O, mühafizəni aşaraq qapıya yönəlib və qapını yumruqlamağa başlayıb. Türkiyəli diplomatlar səfiri əngəlləməyə çalışdıqda Y. Lebaron onların üstünə qışqırıb: “Görüşü yekunlaşdırın. Siz əhəmiyyətli deyilsiniz, əmir sizdən daha önəmlidir”. Bu zaman R. T. Ərdoğanın xarici siyasət üzrə baş müşaviri Fuad Tanlay və Y. Lebaron arasında qarşıdurma yaranıb. Hər iki diplomat bir-birinin boğazından yapışıb. F. Tanlay “Mənim ölkəmə həqarət edə bilməzsən! Kimin böyük və önəmli olduğuna dair burada kimsə hökm verə bilməz. Sənə imkan vermərəm”, deyə amerikalının üzərinə yeriyib. Çöldəki hay-küy görüş otağında da eşidilib, lakin Ərdoğan və Klinton görüşü dayandırmayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR