Bank Of Baku

Brüsseldə iki qatarın toqquşması nəticəsində ən azı 20 nəfər ölüb

Brüsseldə iki qatarın toqquşması nəticəsində ən azı 20 nəfər ölüb
# 15 fevral 2010 11:47 (UTC +04:00)
Brüssel-APA. Brüssel yaxınlığında iki sərnişin qatarının toqquşması nəticəsində ən azı 20 nəfər həlak olub. APA-nın məlumatına görə, hazırda qəza yerində xilasetmə işləri davam edir. Xilasedicilər vaqonların arasında sıxılıb qalmış insanları çıxarmağa çalışırlar. Bəzi mənbələr isə paytaxt ətrafındakı Belle şəhərində baş verən qəzada üç qatarın toqquşduğunu bildirirlər. Onlar qəza zamanı iki qatarın toqquşduğunu, bir qatarın isə relsdən çıxdığını iddia edirlər. Qəzanın qurbanlarının sayının artacağı istisna olunmur. Hələlik sərnişinlərin hamısını aşan vaqonlardan evakuasiya etmək mümkün olmayıb. Qəza nəticəsində Brüssel ilə Turne və Mons şəhərləri arasında dəmiryolu əlaqəsi kəsilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR