Bank Of Baku

Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyası uydurma “soyqırım”la bağlı qərar layihəsinə etirazını ABŞ səfirinə çatdırıb

Türkiyə parlamentinin Xarici Əlaqələr Komissiyası uydurma “soyqırım”la bağlı qərar layihəsinə etirazını ABŞ səfirinə çatdırıb
# 16 fevral 2010 10:45 (UTC +04:00)
Bakı – APA. Türkiyə Böyük Millət Məclisinin Xarici Əlaqələr Komissiyasının üzvləri ABŞ-ın Ankaradakı səfiri Ceyms Cefri ilə görüşüblər. APA-nın “CNN Türk”ə istinadən verdiyi xəbərə görə, komissiyanın sədri Murad Mərcan uydurma “erməni soyqırımı” ilə bağlı qərar layihəsinin ABŞ Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin gündəminə gətirilməsindən narahat olduqlarını, bu barədə əlavə məlumat almaq üçün səfiri parlamentə çağırdıqlarını söyləyib. C. Cefri isə Vaşinqtonun mövqeyini açıqlayacağını və suallara cavab verməyə çalışacağını deyib. O, qərar layihəsinin komitədən keçməsinin Türkiyə-Ermənistan yaxınlaşmasına zərər verib-verməyəcəyi barədə sualı konkret cavablandırmaqdan yayınıb: “Biz bu prosesi dəstəkləyirik. Prezident Obamanın Türkiyə parlamentində dediyi kimi, ən yaxşı yol Ankara ilə İrəvan arasında normallaşma prosesinin davam etməsidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR