Bank Of Baku

Bolqarıstan nüvə zavodunun tikintisi üçün Rusiyadan 2 milyard avro istəyir

Bolqarıstan nüvə zavodunun tikintisi üçün Rusiyadan 2 milyard avro istəyir
# 17 fevral 2010 01:33 (UTC +04:00)
Bakı – APA. Bolqarıstan Belen adlı nüvə zavodunun tikintisi üçün Rusiyadan 2 milyard avro kredit götürmək niyyətindədir. Bunu “Ria Novosti”yə Bolqarıstanın iqtisadi inkişaf naziri Trayço Traykov bildirib.

APA-nın “Ria Novosti”yə istinadən verdiyi məlumata görə, nazir Bolqarıstan dövlətinin bu layihəyə küllü miqdarda vəsait qoyduğunu və onun həyata keçirmək niyyətində olduğunu vurğulayıb. Nazir onu da əlavə edib ki, hal-hazırda hökumət xarici sərmayələri cəlb etmək üçün müvafiq strategiya hazırlayıb və Rusiyanın Dövlət Atom Enerji Şirkəti (Rosatom) ilə danışıqların aparılması da buraya daxildir.

Layihə 10 milyard avro qiymətində dəyərləndirilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR