Bank Of Baku

ATƏT sədri Gürcüstan müxalifətinin liderləri ilə görüşüb

ATƏT sədri Gürcüstan müxalifətinin liderləri ilə görüşüb
# 17 fevral 2010 13:29 (UTC +04:00)
Tiflis. Nizami Məmmədzadə - APA. ATƏT-in fəaliyyətdə olan sədri Kanat Saudabayev Gürcüstanda fəaliyyət göstərən siyasi partiyaların liderləri ilə görüşüb. APA-nın Gürcüstan bürosunun məlumatına görə, görüşdə demokratiya və insan haqları, söz azadlığı, insanların qanunsuz həbsi, seçkilərə hazırlıq və səsvermə mexanizmi, təhlükəsizlik məsələləri müzakirə olunub. Müxalifət liderlərindən Nino Burcanadze, Viktor Dolidze, Kaxa Kukava, Manana Naçkebiya, Petre Mamradze və başqaları çıxış edərək öz fikir və təkliflərini söyləyiblər.

“Gürcüstan Naminə - Demokratik Hərəkat” Partiyasının rəhbəri Nino Burcanadze APA-ya açıqlamasında ATƏT sədri ilə görüşün çox vacib olduğunu bildirib: “Çünki Qazaxıstanda da Gürcüstanın real vəziyyətini bilməlidirlər. Hesab edirəm ki, ATƏT sədri qarşısında qaldırdığımız məsələlər ATƏT-in yüksək tribunasından səslənəcək”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR