Bank Of Baku

Vyanada münaqişələrin qarşısının alınması və həllinin tapılmasına həsr olunmuş görüş keçiriləcək

Vyanada münaqişələrin qarşısının alınması və həllinin tapılmasına həsr olunmuş görüş keçiriləcək
# 19 fevral 2010 08:19 (UTC +04:00)
Bakı. Laçın Sultanova - APA. Fevralın 23-də Vyanada münaqişələrin qarşısının alınması və həllinin tapılmasına həsr olunmuş görüş keçiriləcək. APA-nın məlumatına görə, bunu ATƏT-in fəaliyyətdə olan sədri, Qazaxıstanın dövlət katibi, xarici işlər naziri Kanat Saudabayev ATƏT Parlament Assambleyasının sessiyasındakı çıxışında deyib. O bildirib ki, münaqişələrin qarşısını almaq və böhranları operativ və səmərəli idarə etmək üçün üsulları təkmilləşdirmək məqsədilə ATƏT-ə üzv ölkələrin təqdim etdiyi bütün təkliflər müzakirə olunmalıdır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR