Bank Of Baku

İran yeni sanksiyalarla üzləşə bilər

İran yeni sanksiyalarla üzləşə bilər
# 20 fevral 2010 00:04 (UTC +04:00)
Bakı-APA. Rusiya və Almaniya bildirir ki, İran mübahisəli nüvə proqramına görə, BMT-nin əlavə sanksiyaları ilə üzləşə bilər.

APA-nın «Amerikanın səsi» radiostansiyasına istinadən verdiyi xəbərə görə, Rusiyanın Xarici İşlər Nazirliyinin sözçüsü Andrey Nesterenkonun sanksiya qətnaməsi barədə hazırda BMT Təhlükəsizlik Şurasında iş aparılmadığını deyib, lakin mümkün sanksiyaların da istisna olunmadğını diqqətə çatdırıb

Almaniya kansleri Angela Merkelin sözçüsü Ulriç Vilheymin sözlərinə görə, İranın davam edən təkidi beynəlxalq ictimaiyyəti əlavə sanksiyaların tətbiqinə məcbur edə bilər.

Qeyd edək k, Beynəlxalq Atom Enerjisi Agentliyi ilk dəfə fevralın 18-də İranın nüvə silahı üzərində iş apara bilməsindən narahat olduğunu bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR