Bank Of Baku

Niderlandda hökumət parçalanıb

Niderlandda hökumət parçalanıb
# 20 fevral 2010 09:22 (UTC +04:00)
Amsterdam – APA. Niderlandda hökumət böhranı baş verib. Buna səbəb isə Əfqanıstana göndərilmiş milli hərbi kontingentin mandatının uzadılması məsələsi üzrə ciddi fikir ayrılıqları olub. APA-nın «Frans-Press» agentliyinə istinadən verdiyi məlumata görə, ötən gün 16 saat davam edən müzakirələrin nəticəsində hökumətin Əmək Partiyasından olan üzvləri istefa veriblər.
Qeyd edək Ki, holland kontingentinin mandatının müddəti 2010-cu ilin avqust ayında bitir və NATO bunun uzadılması təklifi ilə çıxış edib. Lakin Əmək Partiyası qəti şəkildə bu təklifin əleyhinə çıxış edib. Halbuki Xristian-Demokratik İttifaqı hərbi kontingentin Əfqanıstanda daha bir müddət saxlanılması ideyasını dəstəkləyib.
Xatırladaq ki, 2006-cı ilin avqust ayında Hollandiyia Əfqanıstana hərbi kontingent göndərib və ötən dövr ərzində Niderland bu ölkədə 21 hərbçisini itirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR