Bank Of Baku

Portuqaliyanın Madeyra adasında daşqınlar 32 nəfərin ölümünə səbəb olub

Portuqaliyanın Madeyra adasında daşqınlar 32 nəfərin ölümünə səbəb olub
# 20 fevral 2010 21:50 (UTC +04:00)
Bakı – APA. Portuqaliyanın Madeyra adasında yağan güclü yağışlar nəticəsində yaranan daşqınlar və torpaq sürüşmələri insan tələfatına səbəb olub.

APA-nın BBC-yə istinadən verdiyi məlumata görə, güclü daşqın və palçıq sürüşməsi nəticəsində 32 nəfər həlak olub, 68 nəfər yaralı isə təcili olaraq xəstəxanaya yerləşdirilib.

Zərərçəkmişlər arasında turistlərin olub-olmadığı bilinmir.

Portuqaliya mətbuatının yaydığı məlumata görə, Madeyra adasında baş vermiş bu daşqınlar 1993-cü ildən bəri adada qeydə alınan ən güclü daşqınlardır. Qeyd edək ki, 1993-cü ilin oktyabrında baş verən daşqınlar nəticəsində 8 nəfər həlak olmuşdu.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR