Bank Of Baku

Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və daha 11 yüksək rütbəli zabit həbs edilib

Türkiyə Hərbi Hava Qüvvələrinin keçmiş komandanı və daha 11 yüksək rütbəli zabit həbs edilib
# 22 fevral 2010 10:56 (UTC +04:00)
Bakı – APA. Türkiyədə hərbi çevriliş iddiaları ilə bağlı yeni həbs dalğası başlayıb. APA-nın “Habertürk”ə istinadən verdiyi məlumata görə, Türkiyə polisi “Taraf” adlı qəzetin bir müddət əvvəl ortaya atdığı “Balyoz” (gürz, kuvalda) çevriliş planı ilə əlaqədar fevralın 22-də səhər Ankara, İstanbul və İzmir şəhərlərində həbslər və axtarışlara başlayıb. Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, istefada olan general Engin Alan və 10 polkovnik həbs edilib. Silahlı Qüvvələrə və PKK terroru ilə mübarizədə həlak olmuş, yaralanmış hərbçilərin ailələrinə yardım üçün yaradılmış Mehmetçik Vəqfinin baş ofisində axtarış başlayıb.

Qeyd edək ki, “Taraf” qəzetinin iddiasına görə, “Balyoz” planı 2002-ci ilin dekabrında hazırlanıb və 2003-cü ilin 5-7 martında Türkiyə Quru Qüvvələrinin 1-ci Ordusunun qərargahında bu ordunun tərkibindəki yüksək rütbəli zabitlərə təqdim edilib. Plana əsasən əhalinin sıx toplaşdığı məscidlərdə bombalar partladılmalı, ölkədə qarışıqlıq, xaos yaradılmalı, Egey dənizi üzərində Türkiyə hərbi təyyarəsi vurularaq bu olay Yunanıstanın üstünə atılmalı və iki ölkə müharibə vəziyyətinə gətirilməli, bununla da hərbi çevrilişə zəmin hazırlanmalıdır. Lakin həmin vaxt 1-ci Ordunun komandanı olmuş, istefada olan general Çətin Doğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ bu iddianı təkzib ediblər. Onların fikrincə, bu iddia Türkiyə Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlmiş məqsədyönlü kampaniyanın tərkib hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR