Bank Of Baku

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, ordu generalı Ergin Sayqun həbs edilib

Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, ordu generalı Ergin Sayqun həbs edilib
# 22 fevral 2010 11:11 (UTC +04:00)
APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, E. Sayqun Türkiyə polisinin “Balyoz” (gürz, kuvalda) çevriliş planı ilə əlaqədar fevralın 22-də səhər Ankara, İstanbul və İzmir şəhərlərində həyata keçirdiyi əməliyyat-axtarış tədbirləri çərçivəsində saxlanılıb. Əməliyyat zamanı Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, istefada olan general Engin Alan və 10 polkovnik həbs edilib. Silahlı Qüvvələrə və PKK terroru ilə mübarizədə həlak olmuş, yaralanmış hərbçilərin ailələrinə yardım üçün yaradılmış Mehmetçik Vəqfinin baş ofisində axtarış başlayıb.

Qeyd edək ki, “Taraf” adlı qəzetin ortaya atdığı iddiaya görə, “Balyoz” planı 2002-ci ilin dekabrında hazırlanıb və 2003-cü ilin 5-7 martında Türkiyə Quru Qüvvələrinin 1-ci Ordusunun qərargahında bu ordunun tərkibindəki yüksək rütbəli zabitlərə təqdim edilib. Plana əsasən əhalinin sıx toplaşdığı məscidlərdə bombalar partladılmalı, ölkədə qarışıqlıq, xaos yaradılmalı, Egey dənizi üzərində Türkiyə hərbi təyyarəsi vurularaq bu olay Yunanıstanın üstünə atılmalı və iki ölkə müharibə vəziyyətinə gətirilməli, bununla da hərbi çevrilişə zəmin hazırlanmalıdır. Lakin həmin vaxt 1-ci Ordunun komandanı olmuş, istefada olan general Çətin Doğan və Silahlı Qüvvələrin Baş Qərargah rəisi İlkər Başbuğ bu iddianı təkzib ediblər. Onların fikrincə, bu iddia Türkiyə Silahlı Qüvvələrini nüfuzdan salmağa yönəlmiş məqsədyönlü kampaniyanın tərkib hissəsidir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR