Bank Of Baku

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Misirə nəzərdə tutulan səfərini ləğv edib

Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Misirə nəzərdə tutulan səfərini ləğv edib
# 22 fevral 2010 11:42 (UTC +04:00)
Bakı – APA. Türkiyə Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı İlkər Başbuğ Misirə nəzərdə tutulan səfərini ləğv edib. APA-nın Türkiyə xəbər agentliklərinə istinadən verdiyi məlumata görə, fevralın 22-də səhər istefada və fəaliyyətdə olan bir sıra yüksək rütbəli zabitlərin həbsindən sonra İ. Başbuğ fevralın 23-də başlamalı olan Misir səfərini ləğv etmək qərarına gəlib.

Xatırladaq ki, Türkiyə Silahlı Qüvvələri Baş Qərargah rəisinin keçmiş müavini, 1-ci Ordunun sabiq komandanı, istefada olan ordu generalı Ergin Sayqun, Hərbi Hava Qüvvələrinin sabiq komandanı, istefada olan ordu generalı İbrahim Fırtına, Hərbi Dəniz Qüvvələrinin sabiq komandanı, istefada olan ordu admiralı Özdən Örnək, daha bir neçə istefada və fəaliyyətdə olan generallar, polkovniklər həbs edilib. Həbslər bir qəzetin ortaya atdığı “Balyoz” (gürz, kuvalda) hərbi çevriliş planı ilə əlaqədar həyata keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR