Bank Of Baku

PKK lideri Abdulla Öcalan və onun müavini Şəmdin Sakıkı yaxalayaraq Türkiyəyə gətirən general həbs edilib

PKK lideri Abdulla Öcalan və onun müavini Şəmdin Sakıkı yaxalayaraq Türkiyəyə gətirən general həbs edilib
# 22 fevral 2010 12:39 (UTC +04:00)
Bakı – APA. PKK terror təşkilatının lideri Abdulla Öcalanın 1999-cu il fevralın 16-da Keniyada yaxalanması ilə nəticələnən əməliyyatı idarə edən türk generalı həbs edilib. APA-nın “Milliyet”ə istinadən verdiyi məlumata görə, fevralın 22-də Türkiyədə hərbi çevriliş iddiaları ilə əlaqədar həbs edilən hərbçilər arasında istefada olan general Engin Alan da var. E. Alan Türkiyə Silahlı Qüvvələri Baş Qərargahının xüsusi təyinatlı qüvvələrinin komandanı olub. O, A. Öcalanın yaxalanması ilə bağlı gizli əməliyyata rəhbərlik edib. E. Alanın 4 illik komandanlığı dövründə PKK-nın 2-ci adamı Şəmdin Sakık da yaxalanıb. Ş. Sakık 1998-ci il aprelin 13-də İraqın şimalında yaxalanaraq Türkiyəyə gətirilib.

E. Alan 2004-cü ildə təqaüdə çıxıb. O, Türk Silahlı Qüvvələrini Gücləndirmə Vəqfinin rəhbəridir. Maraqlıdır ki, müdafiə naziri Vəcdi Könül, nazirliyin məsul şəxsləri və Baş Qərargah rəisinin müavini Aslan Günər də bu qurumun işində iştirak edirlər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR