Bank Of Baku

Avropa İttifaqının yeni kəşfiyyat qurumu yaradılacaq

Avropa İttifaqının yeni kəşfiyyat qurumu yaradılacaq
# 22 fevral 2010 13:42 (UTC +04:00)
Bakı-APA. Avropa İttifaqında Xarici Fəaliyyət Xidməti (External Action Service, EAS) yanında yeni kəşfiyyat idarəsi formalaşdırılacaq. APA-nın məlumatına görə, yeni qurum üç mövcud kəşfiyyat bürosu əsasında yaradılacaq. Avropa İttifaqının xarici işlər və təhlükəsizlik siyasəti üzrə nümayəndəsi Ketrin Eşton bildirib ki, hazırda yeni strukturun yaradılması ilə bağlı müvafiq təkliflər hazırlanır. Bütün zəruri sənədlərin 2010-cu ilin martınadək hazırlanması nəzərdə tutulur. Yeni qurumun harada yerləşəcəyi və ona kimin rəhbərlik edəcəyi hələlik məlum deyil. Bəzi ehtimallara görə kəşfiyyat idarəsinə sabiq britaniyalı diplomat Uilyam Şepkott rəhbərlik edəcək. Hazırda o Avropa İttifaqı Şurası yanında birləşmiş operativ mərkəzə rəhbərlik edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR