Bank Of Baku

Hollandiya hökuməti istefaya gedib

Hollandiya hökuməti istefaya gedib
# 22 fevral 2010 18:01 (UTC +04:00)
Bakı-APA. Hollandiyanın baş naziri Yan Peter Balkenende dövlət başçısı, kraliça Beatriksə hökumətin buraxılması barədə müraciət ünvanlayıb.

APA-nın rfi.fr İnternet saytına istinadən verdiyi xəbərə görə, istefanın səbəbi Niderlandın Əfqanıstandakı hərbi kontingentinin bu ölkədən çıxarılması məsələsində ölkənin siyasi dairələrindəki fikir ayrılığıdır.

Xatırladaq ki, Balkenende 2007-ci ildən etibarən ölkədə koalisiya hökumətinə rəhbərlik edib.

Parlamentin qərarına əsasən, 1650 nəfərdən ibarət hərbi kontingent Əfqanıstanın Uruzqan əyalətindən cari ilin avqust ayına qədər çıxarılmalıdır. NATO isə kontingentin Əfqanıstanda xidmət müddətinin artırılmasını istəyir.

Ölkənin Daxili İşlər Nazirliyinin nümayəndəsi yaya qədər növbədənkənar parlament seçkilərinin keçiriləcəyini bildirib.

Qeyd edək ki, NATO-nun baş katibi Anders Foqo Rasmussen Hollandiya əsgərlərinin Əfqanıstanda xidmət müddətinin uzadılmasına israr edir. Lakin o, hərbçilərin sayının azaldıla biləcəyini də bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR